Misirdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir


Digərləri 27 May 2018 20:12:00 219 0

Misirdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi, 28 may Respublika günü münasibətilə AR-ın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilməkdədir.

Bakı. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi, 28 may Respublika günü münasibətilə AR-ın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilməkdədir. Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata əsasən, sözügedən yubileylə əlaqədar rəsmi qəbul, 100 illiyə həsr olunmuş konsert proqramı, Misirin aparıcı kanallarına ( Qahirə-1, Qahirə-2, Nil) verilən müsahibələr, Azərbaycanla bağlı proqramlar veriib. Silsilə tədbirlər çərçivəsində, Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik xəbərlər agentlikləri (Yaxın Şərq Xəbərlər Agentliyi) və qəzetlərində (Əl-Əhram, Əl-Cümhuriyyə, Əl-Əxbar, Youm7, Shababnil və s.)AR-ın Misirdəki səfiri Tural Rzayevin 28 may Respublika günü münasibətilə əlaqədar məqaləsi dərc edilib.