Nə üçün oruc biz insanlara vacib buyurulmuşdur?


Digərləri 27 May 2018 19:45:00 287 0

Nə üçün oruc biz insanlara vacib buyurulmuşdur?

Ramazan ayı - Allahın ayıdır ki, bəndələri üçün rəhmət qapılarını açar və Öz ziyafət süfrəsinə dəvət edər. "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz". ("Bəqərə" 183).

Bəs nə üçün oruc biz insanlara vacib buyurulmuşdur?

Son.az deyerler.org-a istinadən bildirir ki, bu sualın cavabında İmam Rza (ə) belə cavab vermişdir: "Ona görə ki, aclıq və susuzluğu tanıyasınız və (özünüzün) axirətdəkiyoxsulluq və ehtiyacınızı dərk edəsiniz.

Ona görə ki, oruc tutan insan (Allah dərgahında) müti, təvazökar və xar olar. Ehtiyaclılıq göstərər və savab aparar. Hesabını çəkməyi öyrənər. Ona aclıq və susuzluqdan çatan çətinliklərə görə səbir edər ki, savaba layiq olsun.