Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı


Digərləri 27 May 2018 19:33:43 228 0

Ağır atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.

Bakı. Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Trend-in məlumatına görə, körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kq olan atletlər çıxıblar. 77 kq çəki dərəcəsində toplam 275 kq (125+150) nəticə ilə Füqan Əliyev, 85 kq çəki dərəcəsində toplam 307 kq (137+170) nəticə ilə Tarmenxan Babayev, 94 kq çəki dərəcəsində toplam 110 kq (50+60) nəticə ilə Nəsib Yusifov, +105 kq çəki dərəcəsində isə toplam 295 kq (133+162) nəticə ilə Həsənbəy Həsənzadə qızıl medal əldə ediblər. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.