İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar


Digərləri 27 May 2018 19:20:00 280 0

İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar

Ramazan ayının hər bir gününə aid duaları vardır. Özləri qısa olsa da, mənaları çox dərindir. Bu duaların içərisində Allah bizə tövsiyə edir ki, tövbə və istiğfar edək.

İstiğfar və tövbə - tək qapıdır ki, Məsumlarımız (ə) xilas olmaq üçün ondan istifadə etməyi tövsiyə edirlər. Çünki əvvəl bu qapıların sayı iki idi. Biri Peyğəmbər (s) idi, o birisi isə tövbə idi. Peyğəmbəri (s) əldən verdiyimiz üçün bizə xilas olmaq üçün ancaq bir qapı qalmışdır. O da tövbə qapısıdır.

Ona görə deyə bilərik ki, istiğfar - bir nemətdir. Eyni zamanda - bir qalxandır. İnsan əgər keçmiş pis əməllərini aradan apara bilirsə və onun yerini saleh əməllə doldura bilirsə, bu, bir gözəl nemətdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, hər kim istiğfar edərsə, qətiyyən gərək naümid olmasın. Çünki ümidsizlik böyük günahlardandır.