Araz Abdullayev: "Azərbaycan futbolu haqqında pis danışa bilmərəm" - MÜSAHİBƏ


İdman 27 May 2018 18:51:00 319 0

Araz Abdullayev: "Azərbaycan futbolu haqqında pis danışa bilmərəm" - MÜSAHİBƏ

Qırğızıstanla yoldaşlıq oyunu öncəsi Azərbycan millisinin baş məşqçisi və futbolçularının iştirakı ilə mətbuat konfransı baş tutub. Goal.az xəbər verir ki, bir neçə gün öncə Kiprdə legioner həyatı sona çatan Araz Abdullayev də jurnalistlərin suallarını cavablandırıb.

- Daim oynayan legionerlərdən birisən. Fiziki durumun necədi?

- Qarşıda 3 oyun var. Yoldaşlıq oyunları olsa da, bizim üçün önəmlidilər. Özümü hazır hiss edirəm. Komandaya maksimum kömək etməyə çalışacam.

- Anorthosis-də qalmadın, ancaq yenidən Avropaya qayıtmaq planların var.

- Əlbəttə, Avropada oynamaq, Azərbaycanı təmsil etmək fikrim var. Ancaq Qəbələ ilə 6 aylıq müqaviləm var. Dəqiq bir şey yoxdur.

- Qurban Qurbanov sənə transferin, Avropada oynamaq barədə nə məsləhətlər görüb?

- Komandada taktiki gedişlər barədə söhbətimiz olub. Transfer, Avropa barədə söhbətimiz olmayıb.

- Anorthosis-dən ayrılman sırf səninlə bağlıdır, yoxsa klublarlar arasında problem var idi?

- Müntəzəm oyun təcrübəm var idi. Orda qalmaq istəyirdim. Problemin nə olduğunu dəqiq bilmirəm. Əvvəlcədən bir şey deyə bilmirəm.

- Yunanıstanda və Kiprdə çıxış etmisən. Çempionatımızın səviyyəsini onlarla müqayisə etsən, hansı qənaətə gələrsən?

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Bizdə isə ümumi 8 komanda çıxış edir. Burda yetişdiyimə görə Azərbaycan futbolu haqqında pis danışa bilmərəm. Harda oynamağımdan asılı olmayaraq, yığmaya düşmək üçün hər şeyi edəcəm.