Deşam: "Çempionlar Liqasında ardıcıl 3 qələbə inanılmazdır"


İdman 27 May 2018 17:52:00 266 0

Deşam: "Çempionlar Liqasında ardıcıl 3 qələbə inanılmazdır"

Fransa millisinin baş məşqçisi Didye Deşam Real-ın Çempionlar Liqasında növbəti qələbəsinə münasibət bildirib. Goal.az xəbər verir ki, fransalı mütəxəsis həmyerlisi Zidanın klubdakı işini yüksək qiymətləndirib.

"Sadəcə fantastika. Zidanın etdiklərinə yalnız heyran qalmaq olar. O, möhtəşəm futbolçu idi və artıq görkəmli məşqçi də olub. Çempionlar Liqasında ardıcıl 3 qələbə inanılmazdır. Finalda Varan özünü yaxşı tərəfdən göstərdi. Rafael yaxşı səviyyəyə yüksəlib. Bu, milli komandanın xeyrinədir".