İldırım Londonda aeroportun yanacaqdoldurma sistemini zədələdi


Dünya 27 May 2018 17:44:00 256 0

İldırım Londonda aeroportun yanacaqdoldurma sistemini zədələdi

İldırım vurması nəticəsində Londonun "Stensted" aeroportunda təyyarələrin yanacaqdoldurma sistemi zədələnib.

Son.az APA-ya istinadən bildirir ki, bu səbəbdən aeroportdan onlarla aviareys ya ləğv edilib, ya da təxirə salınıb.

Hazırda mütəxəssislər "Stensted" aeroportunun yanacaqdoldurma sistemini təmir edir. Ancaq təmir müəyyən vaxt tələb edir. Aeroport rəhbərliyi sərnişinlərə uçuşlar barədə məlumatı aviaşirkətlərin saytından izləməyi məsləhət görüb.