4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub


Digərləri 27 May 2018 17:20:00 382 0

4 ayda Azərbaycanda 130 avtomobil istehsal olunub

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 83,6 milyon manatlıq məhsul istehsal edilib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə artıb, maşın və avadanlıqların istehsalı 5,6 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 64 faiz azalıb.