Ramos: "Həmin epizoda görə özümü günahkar hiss etmirəm"


İdman 27 May 2018 17:15:00 309 0

Ramos: "Həmin epizoda görə özümü günahkar hiss etmirəm"

Çempionlar Liqasının finalında Liverpool-un yarımmüdafiəçisi Məhəmməd Salahı zədələməklə onun dünya çempionatında iştirakını təhlükə qarşısında qoyan Real-ın kapitanı Serxio Ramos matçdan sonra İnstagram-da paylaşım edib. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi rəqibinə tez sağalmağı arzulayıb.

"Futbol bəzən xoş, bəzən acı üzünü göstərir. Biz peşəkarlarıq. Salah, ümid edirəm, tezliklə yaxşılaşarsan. Gələcək səni gözləyir. Bu vəziyyət üzücüdür, belə şey olmasını heç kim istəməzdi. Ancaq həmin epizoda görə özümü günahkar hiss etmirəm".