Salah dünya çempionatına kimi sağalacaq?


İdman 27 May 2018 16:32:00 267 0

Salah dünya çempionatına kimi sağalacaq?

Çempionlar Liqasının finalında baş tutan Real - Liverpool (3:1) matçında zədələnən Məhəmməd Salahdan yeni xəbər var. Goal.az xəbər verir ki, misirli yarımmüdafiəçinin dünya çempionatının ilk matçını buraxacağı gözlənilir. Misir mundialda ilk matçını iyunun 15-i Uruqvaya qarşı keçirəcək.

Daha öncə ölkənin İdman naziri Xalid Məhmud Abdel Aziz futbolçunun 2 həftəyə sağalacağını bildirmişdi. Tezliklə 2-ci dəfə müayinədən keçəcək Salaha müalicə təyin olunacaq. Misir dünya çempionatının qrup mərhələsində növbəti oyunlarını Rusiya (19 iyun) və Səudiyyə Ərəbistanına (25 iyun) qarşı keçirəcək.