Çempionlar Liqasında səbətlər müəyyənləşib


İdman 27 May 2018 16:50:00 237 0

Çempionlar Liqasında səbətlər müəyyənləşib

Çempionlar Liqasının qrup mərhələsinin ilkin səbətləri müəyyənləşib. Goal.az xəbər verir ki, turnirdə son 3 mövsümün qalibi Real 1-ci səbətdə yer alacaq. Finalın digər iştirakçısı Liverpool isə 3-cü səbətə düşüb. Mübarizəyə birbaşa qrupdan başlayacaq 26 komanda 4 səbətə bölünüb. 1-ci səbətdə 8, digərlərinin hərəsində 2 komanda qərarlaşıb. Təsnifat mərhələlərində qalib olacaq bu 6 komanda püşkatma öncəsi səbətlərini tanıyacaq. Sensasiyaların olması, aşağı reytinqli klubların qrupa düşməsi ilkin səbətlərdə cüzi dəyişikliklər yarada bilər.

Hazırda təsnifatda oynayacaq komandalardan ən yüksək reytinqlilər Benfica və Basel 2-ci, Salsburg-la Ludogorets 3-cü səbətə namizəddir. PSV və Celtic də reytinqinə görə qrupa daha yaxın hesab edilir. Azərbaycan çempionu Qarabağ 4 təsnifat mərhələsini keçib, qrupa düşsə, sonuncu səbətdə yer alacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I səbət

Real

Atletico

Barcelona

Manchester City

Juventus

Bavariya

PSG

Lokomotiv

II səbət

Borussiya Dortmund

Manchester United

Porto

Shakhtar

Napoli

Tottenham

III səbət

Roma

Liverpool

Schalke

Lyon

Monaco

CSKA

IV səbət

Valencia

Victoria

Brügge

Galatasaray

İnter

Hoffenheim