İntihar edən azərbaycanlı tələbə haqda yeni


Digərləri 27 May 2018 16:24:00 230 0

İntihar edən azərbaycanlı tələbə haqda yeni

Bir neçə gün bundan qabaq Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib.  Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub.

Tələbənin intihar etməsinə səbəb kazinoda çoxlu miqdarda pul uduzmasıdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Mili.Az bildirir ki, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında tələbənin kazinoda uduzması məsələsindən xəbərdar olduğunu deyib.

"Daxili İşlər Nazirliyinin tam versiyası o deyil ki, bu tələbə məhz kazinoya görə intihar edib. Sadəcə, belə fikirlər dolaşır. Hər halda, rəsmi açıqlama olacaq. Çünki istintaq gedir. İstintaqın açıqlamasından sonra intiharın səbəbləri bəlli olacaq".

Azər Süleymanov onu da bildirib ki, kazino Gürcüstanda normal qəbul olunur.