"Birinci dəfədir, Ronaldonun gedəcəyini eşidirəm"


İdman 27 May 2018 15:53:00 292 0

"Birinci dəfədir, Ronaldonun gedəcəyini eşidirəm"

Real-ın ardıcıl 3-cü dəfə Çempionlar Liqasını qazanmaqla tarixə düşməsində Marko Asensionun da rolu böyükdür. Goal.az xəbər verir ki, Liverpool-la final matçından sonra açıqlama verən yarımmüdafiəçi bunları deyib:

"Daha bir unudulmaz gecə. Bütün diqqətimiz finala yönəlmişdi, oyuna yaxşı hazırlaşmışdıq. Hər final daha çətin olur. Liverpool sürətli oynayırdı. Rəqibin bizi yaxşı öyrəndiyi görünürdü. Amma layiqli cavab verib əla çıxış etdik. Real hər zaman maksimuma can atıb. Yeni titul qazanmaq gözəldir.

Ronaldo? Birinci dəfədir, onun gedəcəyini eşidirəm. O, bizim komanda üçün çox vacibdir. Əminəm ki, o, bizə çox fayda gətirəcək".