Şevçenko: "Futbol məni küçələrdən yığdı"


İdman 27 May 2018 15:34:00 280 0

Şevçenko: "Futbol məni küçələrdən yığdı"

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko futbola gəlişindən danışıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Demək olar ki, futbol məni küçələrdən yığdı. Məşqçim məni ilk dəfə "Dəri top" adlı məktəblərarası turnirdə görmüşdü. O, məni yanına gətirdi və məşq etdirməyə başladı.

İndi hər şey dəyişib. Əvvəlki vaxt tan fərqli idi. Bundan öncə nəticə ən çox məşqçidən asılı idi. Futbolçular məşqçi qədər nəticədən cavabdeh tutulmurdu. Buna görə Valeri Lobanovskinin özünəməxsus işə yanaşma tərzi vardı. O, kimə inanıb kimə inanmamaq lazım olduğunu bilirdi. Müasir futbol sadəcə idman deyil, böyük sənaye, astronomik pullar, idmançıların özü üçün biznesdir".