Kan: "Karius karyerasını həmişəlik məhv edə bilər"


İdman 27 May 2018 15:16:00 298 0

Kan: "Karius karyerasını həmişəlik məhv edə bilər"

Almaniya millisi və Bayern Munchen-in sabiq qapıçısı Oliver Kan Çempionlar Liqasının finalında həmyerlisi Loris Kariusun yol verdiyi kobud səhvlər barədə fikrini bildirib. Goal.az xəbər verir ki, yaxın keçmişin məşhur qolkiperi bunları deyib:

"Kariusun finaldakı çıxışı onun karyerasını həmişəlik məhv edə bilər. Qapıçılıq ədalət görmür. Təsəlli tapmaq çətin olur. Karius nə vaxta bu fikirlərdən yaxa qurtaracaq? Bu, böyük həcmdə fiziki və psixoloji güc tələb edir".