"Necə qışqırdımsa, təzyiqim qalxdı"


Kriminal 27 May 2018 15:13:00 332 0

"Necə qışqırdımsa, təzyiqim qalxdı"

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən xalq artisti adına layiq görülən Naibə Allahverdiyeva təəssüratlarını bölüşüb.

Son.az bildirir ki, axşam.az-a açıqlama verən aktrisa bildirib ki, xəbəri eşidəndə həyəcandan təzyiqi qalxıb:

"Həyatımda bir qızım dünyaya gələndə belə sevinmişdim, bir də indi. Mayın 28-də həm ölkəmizdə gözəl bayramdı, həm də mənim ad günümdür. Yubileyim ərəfəsində ən böyük hədiyyə "xalq artisti" adı almağım oldu. 30 ildir sənətdəyəm, mənə verilən bu qiymət əvəzolunmazdır.