Səudiyyə Almaniya ilə əlaqələri dondurdu


Dünya 27 May 2018 14:53:00 265 0

Səudiyyə Almaniya ilə əlaqələri dondurdu

Səudiyyə Ərəbistanı Almaniyanın Yaxın Şərq siyasətinə etiraz əlaməti olaraq alman şirkətləri ilə münasibətləri dondurmaq və bundan sonra sifariş verməmək qərarı qəbul edib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazıb.

Nəşrin məlumatına görə, vəliəhd artıq bu barədə hökumətə lazımi göstərişləri verib. Ər-Riyadın bu qərarının "Simens", "Bayer" və "Boehringer" kimi şirkətlərə təsir göstərəcəyi bildirilir.