Arsen Venqer İniestanın baş məşqçisi ola bilər


İdman 27 May 2018 14:12:00 332 0

Arsen Venqer İniestanın baş məşqçisi ola bilər

22 illik Arsenal karyerası sona çatan Arsen Venqer Yaponiyaya qayıda bilər. 1995-96-cı illərdə Nagoya Grampus-u çalışdıran Venqerə gündoğar ölkədən də təkliflər gəlib. Goal.az xəbər verir ki, fransalı mütəxəsisə Vissel Kobe xüsusi maraq göstərir. Bu klub bir neçə gün öncə Andres İniesta ilə müqavilə imzalamışdı. Arsen Venqerin İngiltərə və Şimali Amerika klublarında işləmək variantı da var.