Fransanın XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil"


Siyasət 27 May 2018 13:45:51 288 0

Fransanın XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil"

"Fransa da Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyir"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil".

“Report” xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib:

"Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".