Cerrard: "Salahın yoxluğu futbolçulara psixoloji təsir göstərdi"


İdman 27 May 2018 13:52:00 269 0

Cerrard: "Salahın yoxluğu futbolçulara psixoloji təsir göstərdi"

Liverpool-un sabiq kapitanı Stiven Cerrard Çempionlar Liqasının son finalı haqqında fikir bildirib. Goal.az xəbər verir ki, hazırda Rangers-in baş məşqçisi kimi çalışan gənc mütəxəsis bunları deyib:

"Mən Çempionlar Liqasında bir finalı qalib, digərini məğlub başa vurmuşam. Heç kim uduzduğu finalları unutmur. Liverpool yaxşı oynadı. Salahın meydandan çıxması komandanın bütün futbolçularına psixoloji təsir göstərdi. Real isə canlandı. Qapıçının 2 səhvi oyunda həlledici oldu. Birinci qol zamanı Karius tələsdi. O, sakit qalmalı idi. Amma səhvə yol verdi və cəzalandırıldı".