UEFA reytinqi : Azərbaycan 23-cü oldu


İdman 27 May 2018 12:32:00 230 0

UEFA reytinqi : Azərbaycan 23-cü oldu

Avrokubokların 2017/18 mövsümünə yekun vurulub. Goal.az xəbər verir ki, Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı açıqlanıb. Finalda Liverpool-a 3:1 hesabı ilə qalib gələn Real İspaniyanın xal hesabını daha da zənginləşdirib. Pireneylilər son 5 mövsümün əmsallarına əsasən qurulan cədvəlin zirvəsində möhkəmlənib. İngiltərə 2-ci, İtaliya isə 3-cü olub. Almaniya və Fransa da ilk “beşlik”də qərarlaşıb. Azərbaycan isə son 5 ilin nəticələrinə görə 23-cü yerdədir. Klublarımız bu müddətdə 19,125 xal toplayıb.