"Röya mənim düşmənim deyil"


Şou-biznes 27 May 2018 13:17:00 339 0

"Röya mənim düşmənim deyil"

Xalq artisti Faiq Ağayev Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni uzun müddətdir küsülü olduğu əməkdar artist Röya Ayxandan danışıb. O bildirib ki, qarşı tərəfin barışıq addımını qəbul edib:

"Röya mənim düşmənim deyil. Ən uğurlu həmkarlarımdan biridir. Bu yaxınlarda konsert verdi, təbrik edirəm. Hansı düşmənçilikdən söz gedir? İlk gündən onun yanında olmuşam, dəstək göstərmişəm. Röya klipimdə çəkilib, konsertlərimə gəlib. Münasibətlərimizdə hansısa problemin ucunu belə görə bilmirəm".