ABŞın Türkiyəyə qarşı qorxunc planı


Dünya 27 May 2018 13:03:00 250 0

ABŞın Türkiyəyə qarşı qorxunc planı

Ağ Ev Türkiyəni Kiprdən mühasirəyə alaraq Aralıq dənizinin şərqindəki enerji mənbələrinə nəzarəti əlinə keçirməlidir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın CSİS analitik mərkəzinin hazırladığı "ABŞ-ın Şərqi Aralıqdakı strateji lövbərsalmasını yenidən qurmaq" adlı hesabatında deyilib.

Hesabatda Tramp administrasiyasından enerji hövzəsinə nəzarət üçün əngəl olaraq qiymətləndirilən Türkiyənin qarşısının alınması istənilib. Vaşinqtona Kiprdən Türkiyəni mühasirəyə almaq vəzifəsi verilən hesabatda "Kiprə ordu yerləşdirmək", "Pentaqonun Yaxın Şərqdəki əməliyyatlarında adadakı ingilis bazasının istifadəsi" və "Türkiyəyə qarşı Şərqi Aralıq dənizində İsrail-Yunanıstan-Kipr-Misir paktının qurulması" təklifləri irəli sürülüb.

Hesabatda Türkiyənin artıq nəzarətdən çıxdığı və bunun qarşısının alınması üçün hərbi alternativlərin çoxaldılmasına zərurət yarandığı qeyd olunub.

İncirlik əvəzinə Akrotiri

Tramp administrasiyasına Yunan-Amerika münasibətlərini inkişaf etdirməyin tövsiyə olunduğu hesabatda Pentaqonun İncirlik hərbi bazası əvəzinə Kiprdə yerləşən ingilis hərbi bazası Akrotiridən istifadə edə biləcəyinə işarə vurulub. Kiprdəki bazanın Bağdaddan cəmi 650, Rakkadan isə 350 mil uzaqlıqda olduğu vurğulanıb.