Qətər bu ölkələrə qarşı hərəkətə keçdi


Dünya 27 May 2018 12:47:00 238 0

Qətər bu ölkələrə qarşı hərəkətə keçdi

Qətər hökuməti bütün ticarət mərkəzlərindəki işçilərə ölkəni boykot edən dövlətlərin məhsullarının piştaxtalardan yığışdırılması barədə çağırış edib.

Son.az axar.az-a istinadən bildirir ki, sözügedən çağırışla Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi çıxış edib.

Nazirliyin məlumatına görə, qərarın icrasının yoxlanmasını təmin etmək məqsədilə ölkənin bütün istiqamətlərində xüsusi müfəttişlər vəzifə başında olacaq.