“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”


Digərləri 27 May 2018 12:03:00 280 0

“Aprel müharibəsi Serj Sərkisyanı gözdən saldı…”

Hazırda Qarabağ münaqişəsi ətrafında hadiələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Bu barədə "Amerikanın səsi"inə müsahibəsində amerikalı analitik Ceff Mankoff bildirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Mankoff 2016-cı ilin aprel müharibəsinin münaqişənin gəlcək nizamlanması ətrafında böyük qeyri-müəyyənlik yaratdı. Onun fikrincə aprel müharibəsi habelə müəyyən dərəcədə Ermənistanın keçmiş hakimiyyətini gözdən saldı, xüsusən də ordunun müharibəyə hazır olması nöqteyi-nəzərindən.

Amerikalı analitik əlavə edib ki, hansısa proqnozlar vermək çətin olsa da Ermənistandakı daxili siyasi problemlərin dərinləşməsi hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxara bilər.

Digər amerikalı analitik Stiven Blank isə Ermənistanın indiki baş naziri Nikol Paşinyanın mayın 9-da Dağlıq Qarabağda səsləndirdiyi bəyanatları yada salıb. O bildirib ki, baş nazir Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtması haqda danışıb, Ermənistanın ancaq öz adından danışıqlar aparacağını deyib. Stiven Blank bu yanaşmanı münaqişənin nizamlanması baxımından faydalı yanaşma hesab etmir.

"Heç kim Dağlıq Qarabağı dövlət kimi tanımır. Bu bölgə hələ 1994-cü ildən Ermənistanın tərkib hissəsi olmaq istəyir. Lakin bu cür yanaşma istənilən danışıqlar prosesini dağıdır"-Blank bildirib.

Analitik əlavə edib ki, Ermənistanın sonrakı inkişafı da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır.

Analitik Olqa Oliger isə deyib ki, Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsi Bakının xoşuna gəlmir, digər tərəfdən silahlanma yarışını daha da fəallaşdırır. "Aydındır ki, Rusiya ilə hərbi müttəfiqliyin dərinləşməsinə dair Ermənistanın xahişi Azərbaycanı qıcıqlandırır. Lakin bu ona gətirib çıxara bilər ki, Bakı da Moskvaya hərbi əməkdaşlığın dərinləşməsi xahişi ilə müraciət edə bilər, Rusiya isə hər iki tərəfə silah satmağa həmişə hazırdır"-o bildirib.

Son.az