Ticarət mərkəzindən oğurluq edənlər tutuldu


Digərləri 27 May 2018 11:34:00 239 0

Ticarət mərkəzindən oğurluq edənlər tutuldu

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində mağazanın pəncərə çərçivələrini oğurlamağa cəhd göstərmiş iki nəfər şəxs həmin ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Son.az lent.az-a istinadən bildirir ki, polis bölməsinə gətirilən şəxslərin Şəki rayon sakini,1972-ci il təvəllüdlü Qurbanəliyev Rəşid Dövlət oğlu və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Zəkiyev Ceyhun Rəhim oğlunun olduğu müəyyən olunub.