Fransa xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başladı


Siyasət 27 May 2018 11:26:00 249 0

Fransa xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başladı

Fransa respublikası Avropa və xarici işlər naziri Jan-Iv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-Iv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri  Elmar Məmmədyarov və maliyyə naziri  Samir Şərifovla görüşü nəzərdə tutulub.  Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək.  Fransa və Azərbaycan  arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

Fransa XİN başçısı bu gün Azərbaycan - Fransız Universitetinə  (UFAZ) də səfər edəcək. Nazir  Azərbaycan Xalq Cümhuriyyətinə  həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin fondunun arxiv sərgisinin rəsmi açılışına qatılacaq, eyni zamanda universitetin bir qrup tələbəsi ilə görüş keçirəcək.