Klopp: "10 il sonra heç kim bizim necə uduzduğumuz haqqında danışmayacaq"


İdman 27 May 2018 11:30:00 292 0

Klopp: "10 il sonra heç kim bizim necə uduzduğumuz haqqında danışmayacaq"

Liverpool Çempionlar Liqasının finalında Real-a 1:3 hesabıyla uduzmaqla mövsümü titulsuz başa vurub. Goal.az xəbər verir ki, matçdan sonra "mersesaydlılar"ın baş məşqçisi Yurqen Klopp oyun barədə danışıb və Məhəmməd Salahın zədə almasına diqqət yetirib.

"Real Madrid-i qələbə münasibətilə təbrik edirəm. Salahın zədələnməsi biz, Misir və hər kəsi üzdü. Amma zədə idmanın bir hissəsidir və baş verməsi normaldır. Komanda ilk 30 dəqiqədə topu özündə saxlayır, qol imkanları yaradır və intensiv pressinq tətbiq edirdi. Lakin 10 il sonra heç kim bizim necə uduzduğumuz haqqında danışmayacaq. Salahın zədə alması oynun dönüş nöqtələrindən biri oldu. Top uğrunda güləşə bənzər sərt mübarizə getdi. Bizi şoka salan bu zədə Real-a müəyyən üstünlük verdi".

Klopp Loris Kariusun buraxdığı 2 səhvə də münasibət bildirib.

"Onu başa düşürəm, deyiləcək bir şey yoxdur. Kariusun səhvləri açıq-aşkardır. Bunu mən də, siz də görürsünüz. Baş verənlərlə barışmaq lazımdır. Şübhəsiz, bu, onun gecəsi deyildi.