Lovren: "Salah paltardəyişmə otağında da ağlayırdı"


İdman 27 May 2018 10:45:00 265 0

Lovren: "Salah paltardəyişmə otağında da ağlayırdı"

Liverpool 11 ildən sonra yenidən Çempionlar Liqasının finalında uduzaraq azarkeşlərini məyus edib. Goal.az xəbər verir ki, matçdan sonra "qırmızılar"ın müdafiəçisi Deyan Lovren təəssüratlarını bölüşüb.

"Birinci buraxılan qol gözlənilməz oldu. Amma biz məğlubiyyətdə hər birimiz günahkarıq. Tək qapıçını günahlandırmaq lazım deyil. Komandamla fəxr edirəm. Uzun yol qət edib bura gələn fanatlarla da həmçinin.

Salah? Bunu qəbul etmək ağrıdır. Mövsümün gedişində də zədələnirdi. O, paltardəyişmə otağında da ağlayırdı. Ümid edirəm ki, dünya çempionatında oynaya biləcək".