Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək


Digərləri 27 May 2018 09:52:00 241 0

Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək

2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır.

Son.az bildirir ki, bunu Trend-ə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.

F.Qaraşov bildirib: "Bizim assosiasiyamızın bir neçə üzvü artıq iş planı hazırlayıb. Onun tərtibi üçün xarici konsaltinq və audit şirkətləri cəlb olunub. Biznes plan artıq Azərbaycan İqtisadiyyat Nazirliyinə təqdim olunub və biz müsbət cavab gözləyirik. Layihə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə maliyyələşdirilə bilər".

Sədrin sözlərinə görə, kompleks Azərbaycanın sənaye parklarından birində inşa edilə bilər.