Daşkənddə “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cumhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub


Digərləri 27 May 2018 07:57:59 259 0

Daşkənddə “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cumhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyii ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cumhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub.

Bakı. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyii ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cumhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub. Mərkəzdən Trend-ə verilən məlumata görə, müsabiqədə Azərbaycanın və Özbəkistanın ali məktəblərin, litsey və kolleclərin tələbələri, şagirdlər iştirak edib. Müsabiqənin şərtlərinə görə yazılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən komissiyaya Azərbaycan, özbək, rus və ingilis dillərində təqdim edilib.