Bu oyuncaqlar uşaqlar üçün


Digərləri 26 May 2018 23:52:00 479 0

Bu oyuncaqlar uşaqlar üçün

Dünyanın məşhur idman avtomobil markası "Porsche" öz adıyla istehsal olunan taxta oyuncaq avtomobilləri geri çağırıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, buna oyuncaq avtomobillərin hissələrinin kiçik uşaqlarda boğulmaya səbəb olmasıdır.

Amerika Birləşmiş Ştatları Məhsul İstehlakçılarının Təhlükəsizliyi Komissiyasının rəyinə görə, idman avtomobili 911-dən ilhamlanaraq hazırlanan və ilk "Porsche" adını daşıyan taxta oyuncaq avtomobillərin təkəri və digər hissələri sökülə bildiyindən kiçik uşaqların boğulmasına səbəb olma riski daşıyır.

Polşada istehsal edilən oyuncaqlar "Porsche" tərəfindən geri çağırılıb. Şirkət, valideynlərə oyuncaqların altındakı nömrə ilə onun geri çağrılanlardan olub-olmadığını yoxlamağa çağırıb. Eyni zamanda, ödənilən pulun geri qaytarılacağını bəyan edib.