Bakıda mənzildə kişi meyiti aşkarlanıb


Digərləri 26 May 2018 23:41:00 322 0

Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti aşkarlanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Əmirov Arif Əmirhüseyin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.