Ekzotik çay arıqlamağa kömək edəcək


Digərləri 26 May 2018 23:45:00 316 0

Ekzotik çay arıqlamağa kömək edəcək

Həyat tonusunu qaldıran mate içkisi insan istirahət etdiyi zaman da orqanizmi kalori yandırmağa məcbur edir. Lakin onu mütləq soyuq içmək lazımdır. Bununla bağlı İsveçrənin Friburq Universiteti alimlərinin tədqiqatları "Frontiers in Physiology" jurnalında dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eksperimentdə 23 sağlam kişi və qadın iştirak edib. Onların hamısı əvvəlcə yarım saat ərzində sakit oturub, sonra tələsmədən 500 millilitr şirinləşdirilməmiş mate içiblər. İştirakçılar bir gün qaynar içki (təqribən 55 dərəcə selsi), növbəti gün isə soyuq içki (təqribən 3 dərəcə selsi) qəbul ediblər. İçkiləri qəbul etdikdən sonra onlar 90 dəqiqə istirahət ediblər. Eksperimentin əvvəlində və sonunda alimlər iştirakçıların ürək-damar sistemi və maddələr mübadiləsinin vəziyyətini yoxlayıblar.