Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır FOTO


Dünya 26 May 2018 22:56:00 394 0

Ermənistan səfirliyi Moskvada tarixi abidəni dağıdır  FOTO

Mayın 24-dən 25-nə keçən gecə Ermənistan Respublikasının Moskvadakı səfirliyinin ərazisində federal əhəmiyyətli abidənin - XVII-XIX əsrlərə aid Lazarevlərin şəhər malikanəsinin iki mərtəbəli xidməti korpusunun söküntüsünə başlanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, "Arxnadzor" (memarlıq abidələrinin qorunmasına nəzarət edən təşkilat) ictimai hərəkatı Ermənistan səfiri V.S.Tonoyanın ünvanına müraciət yollayıb ki, qanunsuz söküntü işləri dərhal dayandırılsın. Eyni zamanda, fəallar Moskva şəhəri Mədəni irs departamentinə də çağırış ediblər ki, abidənin qorunub saxlanması üçün təxirəsalınmaz tədbirlər görülsün.

"Mayın 24-dən 25-nə keçən gecə Ermənistan Respublikasının səfirliyinin ərazisində gecə vaxtı federal əhəmiyyətli, Erməni döngəsi, ev 2, tikili 1 ünvanında yerləşən "Lazarevlər evinin xidməti" memarlıq abidəsinin əllə söküntü işlərinə başlanıb. Bu tikilinin mühafizə olunan hissəsinə onun XVII-XIX əsrlərə aid fasad örtüyünün materialı və tikinti üslubu" aiddir. Həmçinin abidə kimi "əsas divarların, arakəsmələrin və örtüklərin konstruksiyası və materialı" qorunur", - "Arxnadzor"un müraciətində deyilir.

Şəhərin müdafiəçiləri bildirirlər ki, abidənin divarlarının və arakəsmələrinin söküntüsü və ya dağıdılması onun bilərəkdən məhv edilməsi kimi görünür, başqa sözlə, bu, Rusiya Federasiyasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət əməlidir. Moskvada mədəni irsə aid obyektlərdə hər hansı işlər Mədəni irs departamentinin timsalında şəhərin hökuməti ilə razılaşdırılmalıdır.


Xəbərə aid fotolar