Xurma yedikdən sonra ağzınızı yaxalayın Düzgün


Digərləri 26 May 2018 22:25:00 262 0

Xurma yedikdən sonra ağzınızı yaxalayın  Düzgün

Ramazan ayında süfrələrdə daha çox yer alan xurmanı yedikdən sonra üzərindən mütləq 1 stəkan su içilməlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə türkiyəli stomotoloq Pertev Kökdemir  məlumat verib. Onun sözlərinə görə, təbiətdən gələn bəzi şəkər növləri əslində diş minası üçün faydalı olsa da, yenə ehtiyat edilməlidir:

"Faydalı qida olan xurma çox yeyildiyi zaman və sonradan dişlər fırçalanmadığı təqdirdə digər qidalar kimi çürüklərə səbəb ola bilər.Xurma yedikdən sonra ağız su ilə çalxalanmalı, dişlər 30 dəqiqədən sonra fırçalanmalıdır".