Uşaq musiqi məktəbinin birinciləri konsert keçirib FOTO


Digərləri 26 May 2018 22:26:00 294 0

Uşaq musiqi məktəbinin birinciləri konsert keçirib  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 27 nömrəli uşaq musiqi məktəbi H.Abbasov adına mədəniyyət evində ulu öndər Heydər Əliyevin 95 illik yubleyinə həsr olunmuş hesabat konserti keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə Baş İdarənin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər musiqi məktəblərinin direktorları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəbin 1-ci sinif şagirdlərinin ifasında T.Quliyevin "Gəzinti", "Lirik vals", "Dostluq mahnısı", H.Mançini "Çəhrayı Pantera", D.Kabalevski "Rondo Tokata", A.Qedike "Rəqs" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sonra məktəbin məzunu Dilarə Abdullazadə M.Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.


Xəbərə aid fotolar