Çarpayınızın yanında mixək sancılmış limon qoyun


Digərləri 26 May 2018 22:05:00 367 0

Çarpayınızın yanında mixək sancılmış limon qoyun

Yataq otağında çarpayının yanında tumbanın üzərinə ortadan bölünmüş və üzərinə mixəklər sancılmış limon qoymaq artıq çöx ölkələrdə sınanıb və insanlar bu üsulun faydasını görməkdədir.

Son.az medicina.az-a istinadən gecə yatanda yanınızda mixəkli limonun olmasının səhhətinizə faydalarını təqdim edir:

-Gün boyu yığılan neqativ, gərginlik və stresin bədəndən çıxmasını asanlaşdıracaq. Limonun efir yağı insan ruhuna və zehninə rahatlaşdırıcı təsir göstərir. Həm də limon insanın rahat yuxuya getməsini təmin edəcək.

-Diqqət və konsentrasiyanı yaxşılaşdıracaq. Yaddaşı gücləndirəcək.

-Səhər yuxudan asan, doymuş və gümrah oyanmanızı təmin edəcək. Sevinc hormonunun sintezini artıracaq, əhvalınızı qaldıracaq.

-Yüksək təzyiqi aşağı salır. Hipertoniklər mütləq bu üsulu etməlidir. Yuxuda ikən qan dövranınız normallaşacaq.