Körpəni həddən artıq təmiz şəraitdə böyütmək təhlükəlidir


Digərləri 26 May 2018 21:25:00 323 0

Körpəni həddən artıq təmiz şəraitdə böyütmək təhlükəlidir

Onkoloji xəstəliklər üzrə professor Melvin Qrivs yeni elmi məqaləsində uşaq xərçənginin yaranmasının, xüsusən kəskin leykozun səbəbləri sırasında valideynlərin uşaq otağında, evdə və uşağın özündə ideal təmizliyə can atması, usagı hər şeydən təcrid etməklə guya mikroblardan qorumaq kimi vərdişində görür.

Son.az medicina.az-a istinadən bildirir ki, leykoz xəstəliyində sümük iliyi hüceyrələrinin yetişməsi prosesi pozulur, onlar nəzarətsiz şəkildə çoxalırlar. Bu xəstəlik daha çox inkişaf etmiş ölkələrdə, uşaqların normal yaşaması üçün yaxşı şərait olan evlərdə, ailələrdə rast gəlinir. Professor Qrivs hesab edir ki, uşaq leykozu məhz iqtisadi inkişaf və yaxşı sosial yaşayışın insanlığa gətirdiyi bəladır.

Professor son 20 ildə bütün dünyada aparılmış araşdırmaların nəticələrini toplayaraq bu qərara gəlib ki, leykoz, autoimmune xəstəliklər və allergik xəstəliklərin əsasında gigiyena nəzəriyyəsi dayanır. Uşağın həyatının ilk ilində körpə həddən artıq steril şəraitdə saxlanılır, o, kir, çirk mühitlə təmas qurmur, virus və bakteriyaları tanımır, digər uşaqlarla ünsiyyətdə olmur, nəticədə immune sistem uşaq və ananın immunitetindən başqasını görmür.  Ona görə 2-3 yaşından sonra adi infeksiya ilə ilk tanışlıq orqanizmdə anormal proseslərə təkan verir, hüceyrələri dağıdır.