10 ildir ki, vəsiqəsiz maşın sürürmüş


Digərləri 26 May 2018 21:11:00 263 0

10 ildir ki, vəsiqəsiz maşın sürürmüş

Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib.

Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını almaq olub.

Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin "saxla" əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.


Xəbərə aid video