Qaz sayğaclarına müdaxilə təhlükələrə yola aça bilər VİDEO


Digərləri 26 May 2018 21:03:00 377 0

Qaz sayğaclarına müdaxilə təhlükələrə yola aça bilər VİDEO

Bəzən vətəndaşlar qaz sayğaclarının çıxışında olan tənzimləyiciləri çıxarır və yaxud da digər vasitələrə əl atırlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "Azəriqaz" İstehsalat Birliyi isə vətandaşlara xəbərdarlıq edir.

Qeyd olunur ki, qaz cihazlarına quraşdırılmış tənzimləyicilərin özbaşına ləgv edilməsi istehlakçılar üçün ciddi təhlükələrə yol açır.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilir ki, qaz şəbəkəsinə bu cür müdaxilələr yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.

Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, həmin tənzimləyicilər xətdəki qazın stabilliyini təmin etmək məqsədi daşıyır. Bu cihazın çıxarılması və ya ona hər hansı bir müdaxilə qaz sızması ilə nəticələnən həyati təhlükələrə səbəb ola bilər.


Xəbərə aid video