Hər gün bir ovuc badam yeyin


Digərləri 26 May 2018 21:05:00 271 0

Hər gün bir ovuc badam yeyin

Ləpələr insan orqanizmi üçün çox faydalıdır. Mütəxəssislər gündə bir ovuc ləpənin yeyilməsinin insanı tox tutacağını bildirirlər.   Bəs bir ovuc badamın faydaları nədir?   Ürək xəstəlikləri riskini azaldır - Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolestrolun yüksək səviyyəsidir. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

Dərini qoruyur - Son.az medicina.az-a istinadən bildirir ki, günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini sərbəst radikallarla mübarizə aparır, nəm səviyyəsini qoruyur və dərinin canlanmasına kömək edir.

Arıqladır - Badam qan şəkərini tənzimləyir, insana daha uzun müddət ərzində tox qalmağa kömək edir.