Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ADA Universitetində keçirilən məzun günündə iştirak ediblər


Digərləri 26 May 2018 20:39:00 278 0

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ADA Universitetində keçirilən məzun günündə iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Bakı. Mayın 26-da ADA Universitetində məzun günü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı. Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər. Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi. Prezident İlham Əliyev məzun günündə çıxış etdi. Tədbirdə ADA məzunlarına həsr olunan video nümayiş olundu.