Hamiləlik zəhərlənməsi nədir?


Digərləri 26 May 2018 20:25:00 329 0

Hamiləlik zəhərlənməsi nədir?

Hamiləlik müddətində daima həkim nəzarətində olmaqdan əlavə, həm də qadının özünün öz orqanizmini diqqətdə saxlaması önəmli məsələlərdəndir. Bəzən bu həssas dönəmdə orqanizmdə müşahidə olunan ən xırda narahatlıq ciddi problemdən xəbər verə bilər. Hamiləlik zəhərlənməsi kimi.

Son.az medicina.az-a istinadən bildirir ki, Türkiyənin Kadıköy Şəfa Sağlamlıq Qrupu Ataşəhər xəstəxanasının ginekoloqu Yasəmən Yaqut hamiləlik zəhərlənməsinin faciəyə səbəb ola biləcəyini açıqlayıb.

Hamiləlikdən zəhərlənmənin ilkin əlamətləri isə 20-ci həftədən sonra təzyiqin daima 140/90 olması, sidik analizində proteinin çıxmasıdır.

Ginekoloq bu problemin ana və uşaq ölümü ilə nəticələnə biləcəyini bildirib. Onun sözlərinə görə, buna əsas səbəb uşaqlıq yatağını əhatə edən incə qıvraq arterlərin həddindən çox daralmasıdır ki, bu zaman da dölün qidalanması mümkünsüz hala gəlir:

"Hamiləliyin 20-ci həftəsindən sonra qadının təzyiqi yüksəlir, sidikdə zülal itkisi müşayiət edilərsə, buna "preeklampsi" deyilir. Bu zaman epilepsiya tutmaları da baş verə bilər ki, buna "eklampsi" deyilir".

Bəs həkimlərin bəhs etdiyi "preeklampsi" kimlərdə müşahidə edilir?

İlk hamiləlik

Əkiz hamiləlik

Köklükdən əziyyət çəkən hamilələr