Ərdoğan xalqı dollar və avrodan imtina etməyə çağırdı


Dünya 26 May 2018 20:06:00 275 0

Ərdoğan xalqı dollar və avrodan imtina etməyə çağırdı

"Döşəyin altında dolları, avrosu olan qardaşlarım, gedin pullarınızı lirəyə çevirin".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda Ədalət və İnkişaf Partiyasının (AKP) 24 iyunda keçiriləcək seçkilərlə əlaqədar ilk mitinqində bildirib.

Ərdoğan Türkiyə valyutasının dollar və avroya qarşı ucuzlaşmasının qarşısını almaq üçün xalqa səslənib:

"Yerli və milli olmaq demək, öz pulumuza sahib çıxmaq deməkdir. Millətimizdən rica edirəm ki, dedi-qodulara insanmasınlar və lirəyə sahib çıxsınlar".