Mövsümi meyvələrin faydası


Digərləri 26 May 2018 19:20:00 424 0

Mövsümi meyvələrin faydası

Mövsümi meyvələr orqanizm üçün çox faydalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin meyvələrin tərkibində olan maddələr orqanizmin vitamin və elementlərə olan tələbatının xeyli hissəsini ödəyir.

Alça mövsümi meyvələrin içərisində çox sevilənlərdən biridir. Onun tərkibi qida lifi ilə zəngindir. Antioksidant komponenti ilə orqanizmi qoruyan və C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır, xolesterinin miqdarının tənzimlənməsinə kömək edir. 100 qram alça təxminən 45 kaloridir, tərkibində A, K və C vitaminləri üstünlük təşkil edir. Diyetoloqların dediyinə görə, 100 qram alça yeyilməsi gündəlik C vitamini ehtiyacının təxminən 16 faizini ödəyir, infarkt və digər ürək xəstəlikləri, eyni zamanda, astma, revmatizm, xərçəng riskini azaldan meyvələr arasında ilk sırada dayanır. Alçanı pəhriz yeməkləri sırasına da daxil etmək olar.