Ötən gün Salyanda dəfn olunan qadın


Digərləri 26 May 2018 19:27:00 201 0

Ötən gün Salyanda dəfn olunan qadın

Ötən gün Salyan şəhər qəbristanlığında dəfn olunan yerli sakin İsgəndərova Kifayət Xəyyam qızının (30-35 yaş) Bakı şəhərində həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, ötən gün Xəzər rayonunun Zuğulba qəsəbəsində ailəsi ilə birgə kirayədə yaşayan Salyan şəhər sakini Yusifov Anar Urfulla oğlu yaxınlarına zəng vuraraq, həyat yoldaşı Kifayət İsgəndərovanın xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

K.İsgəndərova ağır qan xəstəliyindən əziyyət çəkdiyi üçün yaxınları buna inanaraq, mərhum qadının cənazəsini Salyana gətirərək dəfn ediblər.

Amma Xəzər və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub.

A.Yusifov həyat yoldaşını boğaraq qətlə yetirib.

Hadisə zamanı ailənin iki əkiz azyaşlı qız övladının məktəbdə olduğu deyilir.

Ailə 10 ildən artıq imiş ki, Bakı şəhərində kirayədə yaşayırmış. A.Yusifov Zuğulbadakı restoranların birində ofisiant işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Anar Yusifov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı Xəzər Rayon prokurorluğunda cinayət işi qaldırılıb,araşdırma aparılır.