Pasportunuz nə qədər “güclü"dür?


Digərləri 26 May 2018 19:04:00 245 0

Pasportunuz nə qədər “güclü"dür?

Yay yaxınlaşdığı bir zamanda əksəriyyətimiz tətil haqqında düşünməyə başlayırıq.

Amma vizaya müraciət etmək və lazimı sənədləri toplamaq ideyası heç də ürəkaçan deyil.

Pasportunuzun "gücü" isə böyük fərq yarada bilər.

Heç vizasız səyahətə imkan verən pasportlar arasında pasportunuzun hansı yerdə gəldiyi sizə maraqlı olubmu?

Bu pasportlar vətəndaşlara vizasız (və ya sərhəddə viza alaraq) səyahət imkanı yaradır.

İlk üçlük

Yaponiya dünyanın "ən güclü" pasportuna malikdir

Henley and Partners adlı vətəndaşlıq məsləhətçi şirkətinin son indeksinə əsasən, qlobal sıralamada Yaponiya Sinqapurun ən güclü pasport statusunu əlindən alıb.

Artıq Yaponiya pasportu ilə dünya üzrə 189 ölkəyə vizasız və ya sərhəddə viza almaqla səyahət etmək mümkündür.

Sıralamadakı ikinci yeri Sinqapur və Almaniya bölüşürlər ki, bu ölkələrin vətəndaşları da 188 ölkəyə rahat səyahət edə bilərlər.

Üçüncü yeri isə 187 ölkəyə sadəcə pasportu təqdim edərək daxil olmaq şansı yaradan 6 ölkə tutur: Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç.

İnkişaf edən ölkələr

Şengen Ərazisi ölkələrini (Avropa İttifaqında insanların azad səyahətinə görə) siyahının ilk yerlərində görməmək təəccüblü olmasa da, iki Asiya ölkəsinin indeksin yuxarısında görmək qeyri-adidir.

Son illərdə güclü diplomatik münasibətlər və artan beynəlxalq ticarət səbəbi ilə müxtəlif Asiya dövlətlərinin pasport statusu yaxşılaşıb.

Henley and Partners-ə görə, tək 2018-ci ildə səkkiz yeni ölkəyə vizasız səyahət imkanı alan BƏƏ qlobal cəhdlərə görə aparıcı yerdə gəlir.

Lakin bu ilin ən sürətlə inkişaf edən pasportu Ukraynaya məxsusdur. Belə ki, vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Ukrayna ardınca Gürcüstan və Çin gəlir.

BƏƏ 2018-ci ildə vizasız səyahət imkanlarını genişləndirib