Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb


Digərləri 26 May 2018 18:55:00 212 0

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkar edilib.

Bakı. Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb. DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.