“Qapını qırıb 13 telefon götürdüm”


Kriminal 26 May 2018 18:45:00 319 0

“Qapını qırıb 13 telefon götürdüm”

DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb. Qurbanəli Əsgərzadə (saxlanılan şəxs): "Qapısının şüşəsini qırıb, içəri girib 13 telefon götürdüm. Yenə oğurluq üçün gəldim. Qapını qırdım, amma qonşular çıxdı deyə qaçdım. Səhər-səhər polislər tutdu". Ağcabədi RPŞ-də araşdırma aparılır.


Xəbərə aid foto